"İnter"in yarımmüdafiəçisi Nikolo Barella karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Çelsi" və "Liverpul" 26 yaşlı yarımmüdafiəçini transfer etmək istəyir. Bu barədə "Calciomercato" nəşri məlumat yayıb. Milan təmsilçisi italiyalı futbolçu üçün 50 milyon avro tələb edir.
Qeyd edək ki, "İnter" Nikolo Barellanı 2019-cu ilin yayında "Kalyari"dən transfer edib.İtaliya millisinin üzvü cari mövsümdə A Seriyası klubunun heyətində meydana çıxdığı 38 rəsmi matçda 6 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi