"Liverpul"un futbolçusunu dirsəklə vuran hakimə təyinat verilməyəcək

18:51 - 10 Aprel 2023

İngiltərə Premyer Liqasının 30-cu turunun "Arsenal"la matçından sonra "Liverpul"un futbolçusu Endryu Robertsonu vuran yan xətt hakimi Konstantin Hatsidakis ilə bağlı qərar qəbul edilib.

Sportal.az xəbər verir ki, İngiltərə Futbol Federasiyası laysman haqda araşdırma başladıb. Araşdırma bitənə kimi yan xət hakiminə heç bir oyuna təyinat verilməyəcək.

Qeyd edək ki, "Liverpul" - "Arsenal" görüşü 2:2 hesablı bərabərliklə başa çatıb. Konstantin Hatsidakis final fitindən sonra ev sahiblərinin müdafiəçisi Robertsonu dirsəklə vurub.

Xəbər xətti