Murad Musayevdən açıqlama: Kaşuk "Sabah"da qalacaq?

19:59 - 10 Aprel 2023

"Sabah"ın baş məşqçisi Murad Musayev "CBC Sport" kanalının qonağıdır.

Sportal.az xəbər verir ki, rusiyalı mütəxəssis komandanın aparıcı üzvlərindən olan Aleksey Kaşukun gələcəyi haqda danışıb. Musayev icarə əsasında "Sabah"da çıxış edən ukraynalı vingeri komandada saxlamağa çalışacaqlarını deyib:

"Bilirsiz ki, Aleksey "Şaxtyor"a məxsussdur. Onu komandada saxlamaq çətin məsələ olacaq. Amma rəhbərlik "Şaxtyor"la daim əlaqə saxlayır. Hələ ki, konkret qərar qəbul olunmayıb. Məsələni çətinləşdirən daha bir məsələ odur ki, Kaşuk yayda milli ilə Avropa çempionatına gecəcək. Bu turnir də yayda olacaq. Ona görə də avrokuboklara hazır olmaya bilər".

Murad Musayev komandanın transfer siyasəti haqda da danışıb. O, hər mövqeyə yeni oyunçu cəlb etmək istədiklərini bildirib:

"Hər xətdə bir futbolçu istəyirik. Komandaya həmişə yeni qan lazımdır. Artıq yeni futbolçular izləyirik. Komandanı daha da güclü etməyə çalışırıq. "Qarabağ" nümunəsindən istifadə edə bilərik. Onların iki heyəti var. Biz də belə etmək istəyirik".

Elçin Əlixan

Xəbər xətti