Rafael Leao gələcəyi ilə bağlı qərar verdi

19:20 - 12 Aprel 2023

"Milan"dan ayrılacağı gözlənilən Rafael Leao gələcəyi ilə bağlı qərar verib.

Sportal.az xəbər verir ki, portuqaliyalı vinger İtaliya klubunda qalacaq. Bu barədə "La Repubblica" nəşri məlumat yayıb. 23 yaşlı futbolçu yaxın qohumlarına "Milan"da qalacağını deyib. Tərəflər arasında Çempionlar Liqasının "Napoli" ilə 1/4 final oyunundan sonra müqavilə imzalanacaq.

Qeyd edək ki, "Milan" Rafael Leaonu 2019-cu ilin yayında "Lill"dən transfer edib. 23 yaşlı futbolçu cari mövsümdə İtaliya klubunun heyətində meydana çıxdığı 36 matçda 11 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2024-cü ilin yayına kimidir.

Xəbər xətti