İngiltərənin "Nottingem Forest" klubu baş məşqçi Stiv Kuperi istefaya göndərməyə hazırlaşır.
Sportal.az xəbər verir ki, Premyer Liqada uğursuz nəticələr əldə edən "meşəbəyilər"in rəhbərliyi yaxın günlərdə uelsli mütəxəssislə yolları ayıracaq. Bu barədə "Daily Mail" nəşri məlumat yayıb.
"Nottingem Forest"i Kuperdən sonra kimi çalışdıracağı da məlumdur. Premyer Liqa təmsilçisi komandanın "sükan"ı arxasında bir müddət əvvəl "Sevilya"dan qovulan Xorxe Sampaolini gətirməyi planlaşdırır.
Qeyd edək ki, Stiv Kuper 2021-ci ilin sentyabr ayından "Nottingem Forest"in baş məşqçisidir. Komanda Premyer Liqada 27 xalla 18-ci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi