Super Liqada bir gündə ikinci istefa

21:55 - 19 Aprel 2023

Türkiyə Super Liqasında bu gün daha bir baş məşqçi istefası gerçəkləşib.

Sportal.az xəbər verir ki, "Alanyaspor" Ersun Yanalla yollarını ayırıb. Bu barədə yerli media məlumat yayıb. 61 yaşlı mütəxəssis uğursuz nəticələrə görə istefaya göndərilib.

Ersun Yanal mart ayında "Alanyaspor"un baş məşqçisi təyin olunmuşdu. Komanda onun rəhbərliyi altında keçirdiyi 6 matçda 1 qələbə qazanıb, 1 heç-heçə edib, 4 dəfə isə məğlub olub.

Qeyd edək ki, bu gün "Ümraniyespor" klubu da Recep Uçarla yollarını ayırıb.

Xəbər xətti