Futbol üzrə Serbiya Super Liqasının qalibi müəyyənləşib.
Sportal.az xəbər verir ki, "Srvena Zvezda" mövsümün bitməsinə 6 tur qalmış çempionluğunu rəsmiləşdirib. Belqrad təmsilçisi buna 31-ci turda doğma meydanda "Baçka Topola"nı 4:1 hesabı ilə məğlub etməklə nail olub.
"Ağ-qırmızılar" ən yaxın izləyiciyi olan "Baçka Topola"nı 23 xal qabaqlayır.
"Srvena Zvezda" ardıcıl 6-cı, ümumilikdə isə 9-cu dəfə Serbiya çempionluğunu qazanıb.
saytlarin hazirlanmasi