"Tottenhem"də müvəqqəti baş məşqçi təyin olunan Kristian Stellini postundan göndərilə bilər.
Sportal.az xəbər verir ki, London təmsilçisinin rəhbərliyi Premyer Liqada "Nyukasl"a 1:6 hesablı məğlubiyyətdən sonra italyan mütəxəssisi istefaya göndərmək istəyir. Bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb.
Paytaxt klubu mövsümün sonuna kimi hazırda köməkçi məşqçi kimi çalışan Rayan Meysonu komandanın "sükan"ı arxasına gətirməyi planlaşdırır. "Tottenhem"in futbolçuları ingilis mütəxəssisin baş məşqçi təyin olunmasını istəyir.
saytlarin hazirlanmasi