Azərbaycanlı futbol məşqçisi, "Zirə"nin sabiq çalışdırıcısı Adil Şükürov Sportal.az saytına müsahibə verib.
- Ölkə kubokunun yarımfinal mərhələsinin ilk matçlarından sonra finala hansı komandaların daha yaxın olduğunu düşünürsüz?
- İlk oyunlardan sonra bir söz demək olmur. Ona görə də, finalçıların cavab matçlarından sonra aydınlaşacağını demək daha doğrudur. Bunu "Neftçi"nin heyətində olan oyunçularla qeyri-stabil oyununu görərək deyirəm. Eyni zamanda, qeyd edim ki, "Turan Tovuz"un çempionatdakı çıxışı mövsümün əvvəlindəki kimi uğurlu deyil. "Səbail" - "Qəbələ" cütünə gəldikdə, heç proqnoza gələcək oyun deyil. "Səbail"in son matçlardakı performansına baxaq, oyun olaraq uğurlu period gəlib, sadəcə sonda məğlubiyyətlə üzləşməkləri komandada nəsə anlaşılmazlığın olduğunu göstərir. "Qəbələ"nin bu cür nə qədər davam edəcəyini isə demək çətindir.
- "Turan Tovuz" sabah "Neftçi" önünə çıxacaq. Tovuzdakı ilk matçı Ayxan Abbasovun komandası qələbə ilə başa vurub. Həmin nəticə sizin üçün gözlənilməz olmadıki?
- "Neftçi"nin oyunçu potensialını götürsək, komanda cütün favoritidir. Lakin birinci oyuna baxdıqdan sonra "Neftçi"nin yalnız çempionatda davamlı olaraq çıxışına görə favorit olduğunu deyə bilərik. "Turan Tovuz"un isə 10 illik fasilədən sonra yarımfinal oynaması, Premyer Liqadakı yerini təmin etməsi, klubun adına uğurdur. Düzdü, Tovuz özünün futbol ənənəsi olan komandadır və azarkeşlər onlardan öz istəklərinə uyğun futbol gözləyirlər. Lakin bu gün azarkeşlər bir az səbirli olsalar, yeni mövsüm komanda azarkeşlərin istəklərinin həyata keçirilməsini təmin edəcək. "Turan Tovuz" gələn mövsüm Ayxan Abbasovla hansı məqsədlər üçün oynayacağının planlarını qurmalıdır.
- Bəzi azarkeşlər bir ara narazılıq edirdi...
- Yuxarıda da qeyd etdiyim kimi, son turlarda "Turan Tovuz"un qalib gələ bilməməsi azarkeşlər arasında narazılığa səbəb olmuşdu. Düşünürəm ki, Tovuz futbolunda çəkisi olan Nizami Sadıqov, Eltay Aslanov, Nizami Ocaqverdiyev kimi veteranlar durumu azarkeşlərə izah etməlidir. Onlar azarkeşləri səbrli olmağa çağırmalı və onlarla danışmalıdır. "Turan Tovuz"un Bakıdakı "Neftçi" ilə cavab oyununda azarkeşlərin dəstəyinə daha çox ehtiyacı olacaq. Komanda Tovuzdakı kimi nəticəyə oynayaraq finala adını yazdırmağa çalışacaq. Amma azarkeşlər gərək dəstəyini komandadan əsirgəməsin.
- "Neftçi" Premyer Liqada çempionluğu qazana bilmədi deyə, mövsümü titulsuz başa vurmamaqdan yana ölkə kubokuna sahib çıxmalıdır. Bunu da edə bilməsələr, "Neftçi" üçün mövsümü uğursuz adlandırmaq olar?
- Məncə, "Neftçi" üçün bu mövsüm yalnız kubokdan ibarətdir. Dördüncü və beşinci pillədəki komandalar belə, kubokda finala çıxması üçün "Neftçi"yə azarkeşlik edir. Yəni, "Neftçi"nin azarkeşləri artıb (gülür). Sizcə, "Neftçi" bu cür oyunla Azərbaycanı Avropada necə uğurlu təmsil edə bilər? Məncə, elə bürünc medallarla da çempionatı tamamlası, "Qəbələ", "Turan Tovuz"dan birinin avrokuboklara yollanması daha məqsədəuyğun olardı. Bunu onunla əsaslandırıram ki, "Qəbələ" daha da inkişaf edib, yeni sezona daha rəqabətə davamlı komanda olardı. "Turan Tovuz"un avrokuboklara yollanması isə maliyyə dayaqlarının artmasına səbəb olardı. Digər komandalardan isə başqa heç bir gözləmirəm.
Mirbağırağa
saytlarin hazirlanmasi