"Fənərbaxça"nın futbolçuları Ferdi Kadıoğlu və Arda Güler karyeralarını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, türk yarımmüdafiəçilərin xidmətində "Nyukasl" maraqlıdır. Bu barədə "Mirror" nəşri məlumat yayıb. "Sağsağanlar" yayda hər iki oyunçu üçün İstanbul təmsilçisi ilə danışıqlar masasına əyləşəcək.
"Fənərbaxça" Ferdi Kadıoğlunu 2018-ci ilin yayında "Niymeqen"dən transfer edib. 23 yaşlı futbolçu cari mövsümdə "sarı-lacivərtlilər"in heyətində meydana çıxdığı 40 matçda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Arda Güler isə "Fənərbaxça"ya 2019-cu ilin yayında "Genclerbirliyi" akademiyasından transfer olunub. 18 yaşlı yarımmüdafiəçi bu mövsüm komandanın heyətində 27 oyun keçirib və 6 qol vurub, 4 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi