"Mənə bir neçə komandadan təklif olduğunu öyrənmişəm. Özü də, fərqli ölkələrin klublarındandır".
Bu sözləri Sportal.az saytına açıqlamasında "Səbail"in legioneri Qoba Zakpa deyib.
Yayda Kiprin "Etnikos Axna" klubundan ayrılaraq paytaxt klubuna keçmiş yarımmüdafiəçi ona təkliflər olmasına rəğmən, Azərbaycanda qalmaq istədiyini bildirib.
Buna səbəb isə ailəsinin ölkəmizi bəyənməsidir:
"Ailəm paytaxtı çox sevir. Ona görə də, hələ ki, yeni mövsümlə bağlı yekun qərarımı verməmişəm. İndi fikrim “Səbail”in qarşıdakı oyunlarına yönəlib. Görək də, karyerama Azərbaycanda davam etməyim alınacaq ya, yox".
Mirbağırağa