Bu gün İntizam Komitəsinin iclası keçirilib.
Sportal.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul edilib:
22.04.2023-cü il tarixində Misli Premyer Liqasının XXXI turunun “Səbail” – “Neftçi” oyununda “Səbail” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Səbail” klubu 800 manat cərimə edilir (maddə 39);
23.04.2023-cü il tarixində Misli Premyer Liqasının XXXI turunun “Sumqayıt” – “Qəbələ” oyununa Təcili Tibbi Yardım maşını təyin olunan vaxtdan gec gəldiyinə görə “Sumqayıt” klubu 400 manat cərimə edilir (maddə 62.2);
23.04.2023-cü il tarixində Misli Premyer Liqasının XXXI turunun “Sumqayıt” – “Qəbələ” oyununda meydançaya kənar əşyaların atılması görə “Sumqayıt” klubu 1600 manat cərimə edilir (maddə 51.1);
23.04.2023-cü il tarixində Misli Premyer Liqasının XXXI turunun “Sumqayıt” – “Qəbələ” oyununda “Qəbələ” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Qəbələ” klubu 800 manat cərimə edilir (maddə 39);
saytlarin hazirlanmasi