"Neftçi"nin qapıçısı İvan Brkiç "Trabzonspor"un diqqət mərkəzinə düşüb.
Sportal.az “Vecernji List”ə istinadən xəbər verir ki, 28 yaşlı qolkiperin paytaxt klubu ilə müqaviləsi bu mövsümün sonunda başa çatacaq və Brkiçin karyerasını bir müddət əvvəl Türkiyə klubuna rəhbərlik edən həmyerlisi Nenad Beliçanın komandasında davam etdirmək variantı var.
Xorvatiya mətbuatının iddiasına görə, Brkiç özünü “Neftçi”də xoşbəxtdir hiss edir və buna görə Bakıda qalmaq niyyətindədir. Lakin Belitça onun qərarını dəyişməsinə cəhd göstərəcək.
Qeyd edək ki, “Neftçi” də Brkiçlə danışıqlar aparır, lakin hələlik tərəflər ötən ilin yanvarından qüvvədə olan müqaviləni uzatmayıb.
saytlarin hazirlanmasi