"Sabah" qələbəyə yaxın olan kimi, hamısı vaxt aparır, onlara olar, bizə yox?" - MÜSAHİBƏ

12:16 - 1 May 2023

"Şamaxı"nın qolkiperi Rəşad Əzizli Sportal.az saytına müsahibə verib.

- "Şamaxı" Premyer Liqanın 32-ci turunda "Sabah"a 0:1 uduzdu. Məğlubiyyətiə səbəb nə oldu?

- İlk yarıda qərarlarda bir qədər təsələnlik olurdu. Halbuki çox istəkli idik. Çünki üç xalı fikirləşirdik. Ancaq təcrübəsizlik qol buraxmağımızda rol oynadı. Belədə, uduzduq.

- Matçdan sonra keçirilən mətbuat konfrasında çıxış edən komandanın baş məşqçisi Vüqar Əsgərli Murad Musayevin hər zaman sizi vaxt aparmaqda günahlandırdığını, halbuki budəfəki görüşdə "Sabah" oyunçularının vaxtı uzatdığını bildirdi. Bu məsələyə sənin münasibətin necə olacaq?

- Vüqar müəllimlə tam razıyam. Bu gün bizim gördüyümüz işlərdən bəhs etməkdənsə, futboldankənar məsələlərdən danışırıq. "Sabah"ın bütün oyunlarına baxın, qələbəyə yaxın olan kimi, qapıçıdan tutmuş baş məşqçiyə qədər hamısı vaxt aparır. Belə çıxır ki, onlara olar, bizə yox? Tutaq ki, biz vaxt aparırıq, 90 dəqiqənin də komanda qarışıq maksimum 10 dəqiqəsini uzada bilərsən də. Bəs, yerdə qalan 80 dəqiqə? Bu vaxtda bahalı legionerlərlə qol vura bilmirsən və məğlub olursansa, ən yaxşısını oyunu uduzduğunu etiraf etməlisən, daha nəsə axtarmaq lazım deyil. Budəfəki matçımıza gəldikdə, 88-ci dəqiqədi "Sabah"ın baş məşqçisinə qırmızı vərəqə göstərirlər, 90+1-də meydanı tərk edir, hakim "sağolsun", cəmi üç dəqiqə vaxt artırır. Halbuki, təkcə qırmızı vərəqəyə görə üç dəqiqəmizi apardılar. Bəs əvəzetmələrə görə vaxt artırılmır?

- Komandanız 23 xalla 9-cu pillədə qərarlaşıb. Premyer Liqanı tərk etmək təhlükəsini hiss edirsiz?

- Biz heç o barədə düşünmürük. Çünki qarşıda oyunlarımız var. Qələbələrimiz olacaq. Buna əminəm.

- Bu gün "Səbail" "Qəbələ" ilə üz-üzə gələcək. Yəqin ki, bu görüşdə "Qəbələ"yə azarkeşlik edəcəksiz ki, "Səbail" son pillədə qalsın?

- Hansı komanda güclüdürsə, qalib gəlsin. 

- Növbəti turda evdə "Zirə"ni qəbul edəcəksiz. Bu matçda şanslarınızı necə dəyərləndirirsən?

- Biz digər matçlara olduğu kimi, bu oyuna da qələbə üçün çıxacağıq. "Zirə" ilə matçda da bizə qələbə çox vacibdir. Mütləq qalib gəlməliyik.

- Tez-tez mütəxəssislər bölgə futbolunun önəmliliyindən danışır. "Şamaxı"nın Premyer Liqanı tərk etməsi futbolumuza mənfi təsir edəcək?

- Bu mövzu haqda çox geniş danışmaq olar. "Şamaxı" 10 günə yığılıb, çox çətinliklə çempionata başlayan, məlum strategiyası olan komandadır. Azərbaycan futboluna  Cavid Hüseynov və Vüqar Əsgərli kimi gənc məşqçilər qazandırıldı. Nə qədər yerli, gənc futbolçu da futbolumuza bəxş edildi. "Şamaxı" birinci diviziona düşsə, buradakı futbolçuların taleyi necə olacaq? Elə ancaq bir söz deyirik, idman prinsipi olmalıdır. Yaxşı əgər elədirsə, bu divizionda inkişaf nə yerdədi? Ora maraq var? Nə vaxtsa, diviziondan milliyə futbolçular dəvət edilib? İnandırım sizi, birinci diviizona düşmək bir klubun dağılması deməkdir. Həm maaliyə, həm də şərait o səviyyədə olmayacaq. İkinci məsələ, bu gün "Şamaxı" strategiyanı yaradıb, sıfırdan komanda qurulub, artıq komandanın bəlli oyun sistemi var, yalnız zaman tanıyaraq gələcəkdə uğur görmək mümkündür. "Şamaxı" düşdü diviziona, əvəzinə sıfırdan yığılan komanda gəldi və növbəti mövsüm onlar Premyer Liqanı tərk etdi və hər dəfə eyni proses....Necə olacaq? Təbii ki, bu sistemi etmək olar. Demirik ki, idman prinsipləri olmasın. Əgər bizdə 14 klub olsa, etmək mümkündür. amma 10 klubla buun etmək yenə inkişafdan qalmağımıza gətirib çıxaracaq.

Mirbağırağa

Xəbər xətti