İngiltərənin "Mançester Yunayted" klubu yayda hücum xəttini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.
Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "İnter"də çıxış edən Lautaro Martinesi transfer etmək istəyir. Bu barədə "Football Insider" məlumat yayıb. İtaliya klubu sərfəli təklif gələcəyi təqdirdə 25 yaşlı forvardı satmağa hazırdır.
Qeyd edək ki, "İnter" Lautaro Martinesi 2018-ci ilin yayında "Rasinq"dən transfer edib. Argentina millisinin üzvü cari mövsümdə Milan təmsilçisinin heyətində meydana çıxdığı 47 rəsmi matçda 21 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi