Çexiyanın "Viktoriya" klubunun prezidenti Adolf Şadek Çempionlar Liqasının seçmə mərhələsinin pley-off mərhələsinin "Qarabağ"a qarşı keçirdikləri cavab oyununu (2:1, ilk oyun - 0:0) xatırlayıb.
Sportal.az "sport.cz" portalına istinadən xəbər verir ki, klub rəsmisi həmin görüşlə bağlı bunları deyib:
"Qarabağ"a qalib gəldiyimiz günü heç vaxt unutmayacam. Saat 16:00-da qızım dünyaya gəlmişdi. O an düşündüm ki, bu gün axşam saatlarında da yaxşı şəkildə davam etməlidir. Uşaqlar isə yüksək səviyyədə performans nümayiş etdirərək Çempionlar Liqasının qrup mərhələsinə çıxmağımızı təmin etdilər".