"Son turda "Zirə" ilə qarşılaşmışdıq. Həmin oyuna da qələbə üçün çıxmışdıq. Amma alınmadı. Qarşıdakı matçlara baxırıq".
Bu sözləri Sportal.az saytına açıqlamasında "Şamaxı"nın müdafiəçisi Cəlal Hüseynov deyib. Bölgə klubunun aparıcı futbolçusu komandasının Premyer Liqada qalmaq şanslarını dəyərləndirib. Onun fikrincə, "Şamaxı" bunun öhdəsindən gələ biləcək:
"Premyer Liqada qalmağımızı istəyərdim. Bunun üçün mübarizə aparırıq. İnanıram ki, istəyimizə çatacağıq. Hansı komandanın yüksək liqada qalacağını mövsümün sonunda görəcəyik".
Müqavilə ilə "Zirə"yə məxsus olan Hüseynov mövsüm başa çatdıqdan sonra adıçəkilən komandaya qayıdıb-qayıtmayacağına isə belə açıqlama gətirib. Milli komandamızın üzvü hazırda mövsümün son oyunlarına kökləndiyini söyləyib: "Hazırda bütün fikrimi "Şamaxı"nın qarşıdakı oyunlarına yönəltmişəm. Buna maksimum fokuslanmışam. Çalışırıq ki, Premyer Liqada qalaq. Mövsüm başa çatsın, daha sonra danışacağıq".
saytlarin hazirlanmasi