"Mançester Yunayted" Lisandro Martineslə müqavilə müddətini artırmaq niyyətindədir.
Sportal.az "The Sun"a istinadən xəbər verir ki, "qırmızı şeytanlar" argentinalıya daha yaxşı şərtlər təklif edib.
25 yaşlı müdafiəçinin özü də komandada qalmağı planlaşdırır. "Ayaks"dan "Mançester Yunayted"ə keçmiş Martines qısa zamanda İngiltərə klubunda aparıcı oyunçulardan birinə çevrilə bilib. Argentina millisinin üzvünün Mançester klubu ilə hazırkı müqaviləsi 2027-ci il iyunun 30-na qədərdir.
saytlarin hazirlanmasi