PSJ-nin futbolçusu Neymar karyerasını İngiltərədə davam etdirə bilər.
Sportal.az xəbər verir ki, 31 yaşlı hücumçunun xidmətində "Mançester Yunayted" maraqlıdır. Bu barədə "L'Equipe" nəşri məlumat yayıb. Neymarın Braziliya millisindən komanda yoldaşları olan Antoni ilə Kazemiro da bu transferin gerçəkləşməsi üçün səy göstərir.
Qeyd edək ki, PSJ Neymarı 2017-ci ilin yayında "Barselona"dan transfer edib. Təcrübəli forvard cari mövsümdə Paris təmsilçisinin heyətində meydana çıxdığı 29 rəsmi matçda 18 qol və 17 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi