Estoniya milli komandasının AVRO-2024-ün seçmə mərhələsinin F qrupunda Azərbaycan (17 iyun) və Belçika (20 iyun) komandalarına qarşı keçirəcəkləri oyunlar üçün heyəti açıqlanıb.
Sportal.az xəbər verir ki, Tomas Heberli bu görüşlərə 25 futbolçu çağırıb.
Qapıçılar: Karl Hayn (“Arsenal”, İngiltərə), Matvey İqonen (“Podbeskidze”, Polşa), Karl-Andre Uolner (“Levadiya”);
Müdafiəçilər: Tayo Teniste (“Tartu”), Karol Mets (“Sankt- Pauli”, Almaniya), Yonas Tamm (“Styaua”, Rumıniya), Nikita Baranov (“Pünik”, Ermənistan), Marten Kuusk, Maykl Lilander, Marko Luka (hamısı "Flora"), Rasmus Pitson, Edqar Tur (hər ikisi - "Levadiya");
Yarımmüdafiəçilər: Konstantin Vasilyev, Martin Miller (hər ikisi “Flora”), Mattias Keyt (“Rapid” Buxarest, Rumıniya), Vlasiy Sinyavski (“Slovaçko”, Çexiya), Markus Pum (“Şemrok Rovers”, İrlandiya), Georgi Tunev (SPAL, İtaliya), Rokko-Robert Şeyn (“Utrext”, Niderland), Martin Vetkal (“Roma”, İtaliya);
Hücumçular: Henri Anier (klubsuz), Sten Reynkort, Henrik Oyamaa (hər ikisi “Flora”), Rauno Sappinen (“Stal”, Polşa), Erik Sorqa (“Lokomotiv” Plovdiv, Bolqarıstan)
Azərbaycan - Estoniya oyunu iyunun 17-də Bakıdakı "Dalğa Arena" stadionunda keçiriləcək və saat 20:00-da başlayacaq.
saytlarin hazirlanmasi