Belçika mətbuatı "Qəbələ"nin futbolçusu Əyyub Allaş haqda yazıb.
Sportal.az "Proximus" portalı Azərbaycan kubokunun sahibi olan yarımmüdafiəçinin Azərbaycana gəlişindən, ölkəmizdəki çıxışını dəyərləndirib:
"Əyyub Allaş Azərbaycanda oynamaq şansı əldə etmək üçün Belçikadan tərk etdi. Bu ölkə futbolda top səviyyədə deyil. Allaş 2016/17 mövsümündə Avropa Liqasının C qrupunda "Anderlext"in rəqibi olduğu "Qəbələ" ilə anlaşdı. Həmin vaxtı Belçika təmsilçisi rəqibinə (3:1, 3:1) qalib gəlməyi bacarmışdı. Əvvəlcə o, yeni komandasında nadir hallarda meydana çıxırdı, matçlara yalnız əvəzetmədən buraxılırdı. Lakin sonra futbolçu start heyətində möhkəmlənə bildi. O, son 11 oyundan 9-da komandanın “start”ında yer alıb. "Qəbələ" Allaşla birlikdə avrokuboklara vəsiqə uğrunda çempionatın lap son oyununa qədər mübarizə apardı. Onlar yenə də bunu bacardılar, 4-cü yeri tutaraq Konfrans Liqasının təsnifat mərhələsinə son vəsiqəni əldə etdilər.
Mövsümün son oyununda isə onlar üçün daha gözəl zəfər baş tutdu. Allaşın da start heyətində yer matçda “Qəbələ” Azərbaycan kubokunun finalında ölkəmizdə də yaxşı tanınan “Neftçi”yə (1:0) qalib gəldi. Artıq zəngin karyerası olan Allaş üçün bu kubok yeni klubunda ilk kimi tarixə düşdü".
Mirbağırağa
saytlarin hazirlanmasi