"Səbail" daha bir futbolçu ilə yollarını ayırıb.
Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Nihad Qurbanlı da komandada qalası olmayıb.
Müdafiəçi ilə mövsümün sonunda başa çatan müqavilə müddəti artırılmayıb. Belədə, "Səbail"in komandadan göndərdiyi futbolçuların sayı doqquz olub.
Bundan əvvəl Bayıl klubu Mirabdulla Abbasov, Ruslan Hacıyev, Emil Martinov, Luvaqa Krizito, Qustavo de Fransa, Qoba Zakpa, Franko Mazurek, Petro Stasyukla yollarını ayırmışdı.
saytlarin hazirlanmasi