Türkiyənin "Rizespor" klubu baş məşqçi Bülent Korkmazla bağlı qərar verib.
Sportal.az xəbər verir ki, Rize təmsilçisi 54 yaşlı mütəxəssislə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Türk məşqçinin mövsümün sonunda başa çatan müqaviləsinin müddəti uzadılmayıb.
Qeyd edək ki, Bülent Korkmaz 2022-ci ilin fevral ayından "Rizespor"u çalışdırırdı. Komanda cari mövsümdə onun rəhbərliyi altında Türkiyə I Liqasının II pillədə başa vuraraq Super Liqaya vəsiqə qazanıb.
saytlarin hazirlanmasi