"Neftçi"nin icarəyə göndərdiyi Ramin Nəsirli Latviyada qalacaq.
Sportal.az saytına verilən məlumata görə, "Dauqavpils"də çıxış edən yarımmüdafiəçi hələ ki, geri qayıtmayacaq.
O, "Turan Tovuz" və "Səbail"in maraq dairəsindədir. Buna baxmayaraq, futbolçu Latviyada qalaraq legioner həyatına davam etmək qərarı verib. Nəsirli yüksək liqada çıxış edən iddialı klubların transfer siyahısında yer ala bilib. Onunla "Riqa" və "Liepaya"nın maraqlandığı bildirilir.