Monza şəhər şurası klubun eyniadlı stadionunun Silvio Berluskoninin şərəfinə adlandırılmasını təklif edib.
Sportal.az xəbər verir ki, bununla bağlı rəzmi press-reliz də hazırlanıb. Orada isə bunlar qeyd edilib:
"Silvio Berluskoninin adı şəhərimizin yaddaşında əbədi qalacaq. Çünki onun rəhbərliyi altında "Monza" A Seriyasına yüksəlib və bitməsinə altı tur qalmış liqada yerini təmin edib".
Xatırladaq ki, iyunun 12-də Berluskoni 87 yaşında Milanda klinikalardan birində dünyasını dəyişib. O, 1986-2016-cı illərdə “Milan”a rəhbərlik edib. 2018-ci ildə Silvio “Monza”nın sahibi olub. Onun rəhbərliyi altında klub A Seriyasına yüksəlib və 2022/2023 mövsümünü 52 xalla 11-ci pillədə başa vurub.
Hazırda isə stadion "Stadio Brianteo" adlandırılır.
saytlarin hazirlanmasi