"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola atdığı addımla diqqəti özünə cəlb edib.
Sportal.az xəbər verir ki, ispan mütəxəssis komandanın uğurlu nəticələrinə görə verilən mükafatı özünə götürməyib. O, həmin mükafatı komandnaın inzibatçıları və təhlükəsizlik əməkdaşları arasında bölüb.
Dəqiq məbləğ açıqlanmasa da, klubda ən böyük bonus məbləğinin 750 min funt-sterlinq olduğu bildirilir. “Mançester Siti" 2022/23 mövsümündə Premyer Liqa, ölkə kuboku və Çempionlar Liqasının qalibi olmaqla trebl qazanıb.
saytlarin hazirlanmasi