Millinin heyətində 8 dəyişiklik edildi

09:49 - 12 Noyabr 2024

İngiltərə millisi UEFA Millətlər Liqasında Yunanıstan və İrlandiya ilə üz-üzə gələcək.

Sportal.az xəbər verir ki, İngiltərə millisində 8 dəyişiklik edilib. Belə ki, Aaron Ramsdeyl, Trent Aleksander-Arnold, Livay Koluill, Fil Foden, Deklan Rays, Koul Palmer, Cek Qriliş və Bukayo Saka zədə səbəbindən millidən ayrılıb.

Tomas Tuxel onların əvəzinə milliyə Ceyms Trafford, Carred Brantueyt, Tino Livramento, Morqan Rocers, Carrod Boueni dəvət edib. 

Qeyd edək ki, İngiltərə millisi noyabrın 14-də Yunanıstan, 17-də isə İrlandiya ilə qarşılaşacaq.

Xəbər xətti