"Sportinq"də oynamış azərbaycanlı Region Liqasında

11:49 - 12 Noyabr 2024

Azərbaycan millisinin sabiq futbolçusu Budaq Nəsirov karyerasını Region Liqasında davam etdirəcək.

Sportal.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi "Naftalan"la anlaşıb.

Son olaraq “Karvan”da çıxış etmiş Budaq əvvəllər “Sumqayıt”, “Araz-Naxçıvan”, “Kəpəz”, “Turan Tovuz”, "Sportinq B"(Lissabon) klublarında oynayıb.

Xəbər xətti