“Real”ın yarımmüdafiəçisi Daniel Sebalyos qışda komandanı tərk etməyəcək.
Sportal.az “AS” nəşrinə istinadən xəbər verir ki, “kral klubu”nun futbolçusuna bir çox klubdan təklif olsa da, ən azından mövsümün sonuna qədər gedişinə icazə verməyəcək.
28 yaşlı futbolçu hətta mövsümə icarə əsasında başladığı “Betis”də də oynamayacaq. “Real” onu ən yaxşı halda, “Betis”ə satmağa hazır olub.
Amma Əndəlusiya təmsilçisinin Sebalyosu transfer etmək üçün vəsaiti yoxdur. Sebalyos qışdan sonra “Real”da oynayacaq.
Daninin "Real"la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.