“Sumqayıt”da daha bir ayrılıq olacaq.
Sportal.az saytına verilən məlumata görə, “kimyaçılar”ın yollarını ayıracağı futbolçulardan biri də Sərtan Taşkının olacağı gözlənilir.
"Sumqayıt" mövsümün əvvəlində heyətə cəlb etdiyi müdafiəçi ilə yoluna davam etməyəcək.
Komandanın məşqçilər korpusu Taşkını göndərərək, onu başqa yerli müdafiəçi ilə əvəzləməyi planlaşdırır. 27 yaşlı futbolçu “Sumqayıt”la 1 illik müqavilə imzalamışdı.
O, bundan əvvəl Türkiyə birinci liqa təmsilçisi “Manisa”da keçirmişdi. Buna qədər isə Taşkın “İnter”(indiki “Şamaxı”), “Sumqayıt”, “Zirə” və “Turan Tovuz” klublarında oynamışdı.