"Yuventus" türk futbolçu üçün "Liverpul"dan 40 milyon avro tələb edir

18:35 - 25 Dekabr 2024

"Yuventus"un futbolçusu Kənan Yıldız karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Liverpul" türk vingeri transfer etmək istəyir. Bu barədə "Corriere dello Sport" nəşri məlumat yayıb.

"Yuventus" Kənanı satmağın əleyhinə deyil. Lakin İtaliya klubu "Liverpul"dan 19 yaşlı ön xətt oyunçusu üçün 40 milyon avro tələb edir.

Qeyd edək ki, Kənan Yıldız bu mövsüm "Yuventus"un heyətində meydana çıxdığı 24 rəsmi matçda 4 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Türkiyə millisinin üzvünün Turin təmsilçisi ilə müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub.

Xəbər xətti