"Qarabağ"ın futbolçusu Patrik Andrade Sportal.az saytına açıqlama verib.
Ağdam klubunun legioneri komandasının Avropa Liqasındakı növbəti mərhələ şanslarından danışıb.
Kabo-verdeli futbolçu qarşıdakı iki oyunda da sona qədər mübarizə aparacaqlarını söyləyib:
"Təəssüf ki, son turda “Elfsborq”a uduzduq. Halbuki səfər görüşünə qələbə qazanmaq üçün getmişdik. Amma qələbə qazana bilmədik. Qarşıda bizi AL-də iki oyun gözləyir. Sona qədər mübarizə aparacağıq. Növbəti görüşümüz FKSB klubuna qarşıdır. Həmin görüşdə qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Öz oyunumuzu oynamağa davam edəcəyik. Əslində, biz Avropa Liqasında yaxşı oynadıq, sadəcə şansımız gətirmədi. İstənilən halda, biz hər zaman oynadığımız futbolu oynamağa davam etdik. Sona qədər mübarizə aparacağıq".
Mirbağırağa