"Fənərbaxça" 15 milyon avroya transfer etdiyi futbolçunu göndərmək istəyir

21:54 - 25 Dekabr 2024

Türkiyənin "Fənərbaxça" klubu ümidləri doğrultmayan Cengiz Ünderlə bağlı qərarını verib.

Sportal.az xəbər verir ki, istanbul təmsilçisi türk vingerlə yollarını ayırmağa hazırlaşır. Bu barədə "Haber Global" televiziyası məlumat yayıb.

Klub rəhbərliyi Cengizin meneceri ilə görüşüb və ona yanvar ayında futbolçuya klub tapmasını tapşırıb. 27 yaşlı futbolçu 6 aylıq icarəyə göndərilə bilər.

Qeyd edək ki, "Fənərbaxça" Cengiz Ünderi ötən ilin yayında "Marsel"dən 15 milyon avroya transfer edib. Türkiyə millisinin üzvü bu mövsüm Super Liqa təmsilçisinin heyətində 5 rəsmi matçda 125 dəqiqə meydanda olub.

Xəbər xətti