"Zirə"nin sabiq müdafiəçisi klubsuz qaldı

16:39 - 25 Dekabr 2024

Rusiyanın "Ximki" klubu Nemanya Ancelkoviçlə yollarını ayırıb.

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi serbiyalı mərkəz müdafiəçisi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Ancelkoviç bu ilin yayından "Ximki"də çıxış edirdi. 27 yaşlı futbolçu komandanın heyətində meydana çıxdığı 11 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.

Qeyd edək ki, Nemanya Ancelkoviç 2021-2023-cü illər ərzində Azərbaycanda "Zirə"nin formasını geyinib.

Xəbər xətti