İspaniyanın "Valensiya" klubunun yeni baş məşqçisi müəyyənləşib.
Sportal.az xəbər verir ki, La Liqa təmilçisini Karlos Korberan çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İspan mütəxəssislə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Karlos Korberanın son iş yeri İngiltərədə "Vest Bromviç" olub. "Valensiya" 41 yaşlı məşqçi üçün Çempionşip klubuna 3 milyon avro təzminat ödəyib.
Qeyd edək ki, "Valensiya" Ruben Baraxa ilə yollarını ayırmışdı.
saytlarin hazirlanmasi