“Səbail” və “Şamaxı”nın sabiq üzvü Bahadur Həziyev birinci liqa klubu ilə anlaşıb.
Sportal.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi “Qaradağ-Lökbatan”da oynayacaq.
O, mövsümün sonuna qədər bu komandada çıxış edəcək. Həziyev mövsümə “İmişli”də başlamışdı.
Azərbaycanın U-19 yığmasının sabiq üzvü “Neftçi”nin yetirməsidir. O, “Səbail” və “Şamaxı”dan savayı MOİK-də də oynayıb.
saytlarin hazirlanmasi