"Zirə”nin legioneri Salifu Summa karyerasını başqa ölkə klubunda davam etdirə bilər.
Sportal.az saytına verilən məlumata görə, qvineyalı yarımmüdafiəçiyə “Dinamo” maraq göstərir.
Ukrayna nəhəngi Summanı artıq bir müddətdir ki, yaxından izləyir. Hətta kiyevlilər 21 yaşlı futbolçu üçün müəyyən təzminat məbləği də ödəməyi gözə alıb.
Qeyd edək ki, Summanın “Zirə” ilə müqavilə müddəti bu mövsümün sonunda başa çatırdı. Ötən həftə isə onun müqavilə müddəti 2 illik artırılıb.
saytlarin hazirlanmasi