Azərbaycan yığmasının sabiq üzvü Asiya klubunda - FOTO

13:22 - 9 Fevral 2025

Azərbaycanın U-21 yığmasının sabiq üzvü İldar Alekperov "Zirə"dən ayrılıb.

Sportal.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi Qırğızıstanın "Alay" klubuna keçib.

O, artıq yeni komandasının düşərgəsinə qoşulub.

Alekperov son olaraq "Zirə"yə məxsus olub. Bundan əvvəl isə İldar "Sabah" və "Araz-Naxçıvan" komandalarında da çıxış edib. 

Qeyd edək ki, "Alay" ötən ay "Şamaxı" və "Zirə"nin sabiq üzvü Ramin Əhmədovu da heyətinə qatmışdı.

Xəbər xətti