"Çempionlar Liqasından kənar qalmağımızın müsbət tərəfi var"

18:47 - 9 Mart 2025

“Milan”ın baş məşqçisi Serxio Konseysao komandasının İtaliya A Seriyasının 28-ci turu çərçivəsində "Leççe"yə qarşı keçirdikləri oyunun nəticəsini şərh edib. 

Sportal.az “DAZN”a istinadən xəbər verir ki, portuqal mütəxəssis ÇL-dən kənar qalmaqlarını müsbət məqam kimi adlandırıb:

"Çempionlar Liqasındakı iştirakımızı başa vurduğumuz üçün sevindiyimi deyə bilmərəm. Amma bunun müsbət tərəfi də var. İndi məşq etmək üçün daha çox vaxtımız var. Bu, oyuna tətbiq etmək istədiyimiz vacib məqamlar üzərində işləmək üçün fürsətdir. Bəzi şeyləri avtomatlaşdırmaq lazımdır ki, onlar təbii olaraq meydanda işləsin. Bu vaxtdan maksimum fayda əldə etməliyik".

"Milan" səfərdə "Leççe"yə 3:2 qalib gəlib. 28 oyundan sonra “Milan” 44 xalla 8-ci pillədədir. “Leççe” isə 16-cı pillədə qərarlaşıb.
 

Xəbər xətti