"Qalatasaray"ı bu komandaya dəyişəcək

11:22 - 9 Mart 2025

“Qalatasaray” və Türkiyə millisinin üzvü Kaan Ayhan karyerasını yenidən ölkə xaricində davam etdirə bilər.

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 30 yaşlı futbolçu İtaliyaya yollanmaq variantına sahibdir.

“Udineze” Ayhanı heyətinə qatmaqda israrlıdır. Türk futbolçunun “Qalatasaray”la müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.

Kaan əvvəllər “Şalke”, “Ayntraxt”(Frankfurt), “Fortuna”, “Sassuola” komandalarında oynadıqdan sonra 2023-cü ildə “Qalatasaray”a keçib.
 

Xəbər xətti