“Qalatasaray” Norveç millisinin üzvünü istəyir 

12:47 - 7 Mart 2025

"Qalatasaray" transfer çalışmalarını davam etdirir.

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "cim-bom" “Kopenhagen”in yarımmüdafiəçisi Mohammed Amin Elyunissi ilə maraqlanır.

Türkiyə klubunun” rəsmiləri 30 yaşlı futbolçu üçün indidən hərəkətə keçib və öncə Elyunissinin menecerini razı salmağa çalışır.

Futbolçu özü keçidə müsbət yanaşarsa, “Qalatasaray” “Kopenhagen”lə danışığa başlayacaq. Elyunissinin Danimarka nəhəngi ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. O, 2023-cü il iyun ayından “Kopenhagen”də çıxış edir. Bundan əvvəl Elyunissi “Saprsporq”, “Molde”, “Bazel”, “Southempton” və “Seltik”də çıxış edib. 

Əlavə edək ki, Mohammed vaxtı ilə “Qarabağ”da çıxış etmiş Tarik Elyunissinin əmisi oğludur.

Xəbər xətti