"Kəpəz"in futbolçusu Trent Buhagiar Malta millisinə dəvət edilib.
Sportal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Trent DÇ-2026-nın seçmə mərhələsinin matçları üçün millidə yer alacaq.
Qeyd edək ki, Malta yığması G qrupunda martın 21-də Finlandiyanı qəbul edəcək. Martın 24-də isə maltalılar Polşanın qonağı olacaq.
saytlarin hazirlanmasi