"Mançester Yunayted" Kazemironun yay transferində 15 milyon funt sterlinqə satılmasına razıdır.
Sportal.az xəbər verir ki, İngiltərə mətbuatında yer alan məlumatına görə, klub 33 yaşlı braziliyalı yarımmüdafiəçini 20 milyon funt-sterlinqdən aşağı qiymətə satmağa hazırdır. Kazemironun satışı "Mançester Yunayted"ə maliyyə itkilərindən qaçmağa və Premyer Liqanın maliyyə qaydalarını pozmamağa kömək edə bilər.
Qeyd edək ki, "qırmızı şeytanlar" 2022-ci ildə Kazemironu "Real Madrid"dən 60 milyon funt-sterlinqə transfer etmişdi.
saytlarin hazirlanmasi