İspaniya La Liqasının 27-ci turu çərçivəsində bu gün "Osasuna" ilə qarşılaşmalı olan "Barselona"nın matçı təxirə salınıb.
Sportal.az xəbər verir ki, oyun "Barselona"nın tibb heyətinin üzvü olan Karles Minyarronun vəfatına görə bu gün keçirilməyəcək. Onun hansı səbəbdən ölməsi hələki məlum deyil. Matçın təxirə salınmasını futbolçuların özləri istəyiblər. Oyun bu gün Bakı vaxtı ilə saat 00:00-da baş tutmalı idi.
Qeyd edək ki, 40 yaşlı Karles Minyarro 2017-ci ildən klub sistemində çalışırdı. Bu mövsüm o, futzal komandasından əsas futbol komandasına keçmişdi.
saytlarin hazirlanmasi