"Barselona"nın təcrübəli qapıçısı Voytsex Şesnı ilə yeni müqavilə imzalana bilər.
Sportal.az xəbər verir ki, "Marca"nın məlumatına görə, Kataloniya klubu 34 yaşlı qapıçı ilə müqaviləni bir il daha uzatmağı planlaşdırır. Baş məşqçi Hans-Diter Flik və idman departamentinin rəhbərliyi bu ideyanı müzakirə ediblər, lakin qərar qəbul etməkdə ehtiyatlı davranıblar.
Flik üçün əsas məqam Şesnının yaxşı fiziki formaya düşməsi və əsas heyətə yol tapması idi. Qapıçı bunu bacardı və hazırda "Barselona" onun oyunundan razıdır. Çempionlar Liqasındakı "Benfika" ilə matç (1:0) isə klubun onunla bağlı inamını daha da möhkəmləndirdi.
Bunun nəticəsində "Barselona" ilkin planına sadiq qalaraq Voytsexə mövsümün sonunda yeni müqavilə təklif etmək qərarına gəlib.
saytlarin hazirlanmasi