"Mançester Yunayted" transferdə "Arsenal"a rəqib oldu

17:20 - 4 Mart 2025

"Real Sosyedad"ın futbolçusu Martin Subimendi karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə yaxındır.

Sportal.az xəbər verir ki, "Arsenal"dan sonra daha bir klub ispan yarımmüdafiəçini transfer etmək istəyir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Subimendinin xidmətində maraqlı olan klub "Mançester Yunayted"dir. "Qırmızı şeytanlar" yayda 26 yaşlı dayaq yarımmüdafiəçisi üçün onun klubuna təklif göndərəcək. Futbolçunun sərbəstqalma məbləği 51 milyon funt-sterlinqdir. Qeyd edək ki, Martin Subimendi "Real Sosyedad"ın yetirməsidir. İspaniya millisinin üzvü bu mövsüm La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 35 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti