Ronaldo oynamadı, "Əl-Nəsr" sülhlə razılaşdı

00:50 - 4 Mart 2025

Asiya Çempionlar Liqasının 1/8 finalı çərçivəsində "Əl-Nəsr" səfərdə "İstiqlal"ın qonağı olub.

Sportal.az xəbər verir ki, Kriştiano Ronaldonun forma geyinə bilmədiyi görüş 0:0 hesabı ilə yekunlaşıb.

Daha öncə də bildirdiyimiz kimi, “Əl-Nəsr” portuqaliyalı ulduzun təhlükəsizliyi səbəbindən görüşün neytral meydanda keçirilməsini istəsə də, Asiya Futbol Konfederasiyası bu təkliflə razılaşmayıb. Bu səbəbdən də Ronaldo Tehrana yollanmayıb.

Qeyd edək ki, “Əl-Nəsr” və “İstiqlal” arasında cavab oyunu martın 10-da baş tutacaq.

Xəbər xətti