Kriştiano Ronaldoya Təbrizə getməmək tövsiyə olundu

22:58 - 1 Mart 2025

Asiya Çempionlar Liqasının 1/8 finalında keçiriləcək  "İstiqlal"- "Əl-Nəsr" matçında qonaq komandanın ulduz futbolçusu Kriştiano Ronaldo iştirak etməyə bilər.

Sportal.az xəbər verir ki, portuqaliyalı futbolçuya təhlükəsizlik baxımından Təbrizə getməmək tövsiyə olunub. Buna səbəb isə, 2023-cü ilin sentyabrında "Əl-Nəsr"in İrana səfəri zamanı yerli azarkeşlər Ronaldunu görmək üçün otelə hücum etməsidir.Səudiyyə Ərəbistan təmsilçisi matçın başqa ölkəyə keçirilməsini istəyib, lakin İran klubu bununla razılaşmayıb.

Qeyd edək ki, 3 mart tarixində keçiriləcək matçda Ronaldonun iştirak edib-etməməsi haqqında hələlik rəsmi qərar verilməyib.

Xəbər xətti