"Liverpul"un futbolçusu Luis Dias karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Atletiko" kolumbiyalı vingerin xidmətində maraqlıdır. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.
"Liverpul" futbolçusunu satmağa hazırdır. Premyer Liqa nəhəngi 28 yaşlı ön xətt oyunçusu üçün 70 milyon avro tələb edir. Təcrübəli futbolçu ilə "Barselona" da maraqlanır.
Qeyd edək ki, "Liverpul" Luis Diası 2022-ci ilin yanvar ayında "Portu"dan transfer edib. Kolumbiya millisinin üzvü bu mövsüm Mersisayd təmsilçisinin heyətində meydana çıxdığı 38 rəsmi matçda 13 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2027-ci ilin yayına kimidir.
saytlarin hazirlanmasi