Dadaşov “Radomyak”la müqavilə imzaladı, bu göstəriciyə görə fərqləndi

11:22 - 26 Fevral 2025

Polşanın "Radomyak" klubuna keçən azərbaycanlı hücumçu Renat Dadaşov yeni komandasının ən bahalı üzvü olub.

Sportal.az “Transfermarkt”a istinadən xəbər verir ki, 25 yaşlı hücumçu 1,6 milyon avro dəyərində qiymətləndirilir və onu Ekstraklasa klubunun ən bahalı oyunçuları arasında birinci pillədədir.  

Ümumilikdə, “Radomyak”ın ümumi bazar dəyəri 11,1 milyon avrodur. Klubda Dadaşovdan başqa 1 milyon avro dəyərində oyunçu yoxdur.

"Radomyak"ın digər azərbaycanlı futbolçusu Rahil Məmmədovun qiyməti isə 300 min avrodur.

Xəbər xətti